1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
3. İnsan orqanları və (və ya) toxumaları;
4. Canlı heyvanlar;
5. Tezalışan maddələr;
6. Zəhərli və toksikoloji maddələr;
7. Bioloji və infeksion maddələr;
8. Civə, kimyəvi reaktivlər və turşular;
9. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
10. Tez xarab olan qida məhsulları;
11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
12. Sikkələr, banknotlar və yol çekləri;
13. Radioaktiv maddələr;
14. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
15. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
16. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;