Kargomex

Daşınması qadağan olunmuş məhsullar

Daşınması qadağan olunmuş məhsullar

Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

3. İnsan orqanları və (və ya) toxumaları;

4. Canlı heyvanlar;

5. Tezalışan maddələr;

6. Zəhərli və toksikoloji maddələr;

7. Bioloji və infeksion maddələr;

8. Civə, kimyəvi reaktivlər və turşular;

9. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

10. Tez xarab olan qida məhsulları;

11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

12. Sikkələr, banknotlar və yol çekləri;

13. Radioaktiv maddələr;

14. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

15. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

16. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;